Xəbərlər
“Tez-tez elə hallar baş verir ki, aşkarlanmır” – DİN-nin nümayəndəsi yetkinlik yaşına çatmamış şəxslərin evləndirilməsi motivində törədilmiş cinayətlər barədə
2019-cu il ərzində Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmamış şəxslə evlənmə motivi ilə törədilmiş 175 cinayət aşkarlayıb.

Bu barədə DİN-nin İnsan Hüquqlarının Müdafisəi və İstintaq Keyfiyyətinin Monitorinq Departmanetinin əməkdaşı İza Kasrelişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib. Onun sözlərinə görə, qeyd olunan say reallığı əks etdirmir və tez-tez elə hallar baş verir ki, aşkarlanmır və hüquq müdafiə orqanlarına məlumat verilmir.

“Yetkinlik yaşına çatmadan evlənmə kontekstində həmin cinayətə qarşı vaxtında reaksiya göstərmək Daxili İşlər Nazirliyinin prioritetidir. Əsasən üç belə cinayət var ki, cinayət məcəlləsi ilə cəzalandırılır. İlk növbədə bu məcburi evlilikdir. Həmin hərəkət həddi-buluğa çatmış şəxsə qarşı törədildiyi zaman da cəzalandırılır. Cinayətin törədilməsi 2 ildən 4 ilə qədərə azadlıqdan məhrum etmə ilə cəzalandırılır və əksər hallarda bu cinayəti törədənlər həddi-buluğa çatmamış şəxslərin valideynləridir. Yetkinlik yaşına çatmadan evlənmə motivində baş verən daha bir cinayət isə həddi-buluğa çatmamış şəxsin azadlıqdan məhrum edilməsi, həddi-buluğa çatmamış şəxsin qaçırılmasıdır. Bu da olduqca ağır cinayətdir və təəssüf ki, Gürcüstanın müxtəlif regionlarında tez-tez baş verir. Qanun bu cinayətə görə 7 ildən 10 ilə qədər həbs cəzası müəyyən edib. Həmçinin, ən ağır cinayət isə evlənmək məqsədi ilə həddi-buluğa çatmamış şəxsin 16 yaşa çatmamış şəxslə cinsi əlaqədə olmasıdır.
Bunun cinayət olduğunu dərk etməyimiz vacibdir.”


Daxili İşlər Nazirliyinin İnsan Hüquqlarının Müdafiəsi və İstintaq Keyfiyyətinin Monitorinqi Departamentinin əməkdaşının bildirdiyinə görə, DİN-nin əsas məqsədi cinayətin qarşısının alınması və vaxtında səmərəli reaksiya göstərilməsidir. Buna görə də departament əhalinin məlumatlandırılması üçün müxtəlif fəaliyyətlər həyata keçirib. 2019-cu ildə İnsan Hüquqlarının Müdafiəsi Departamentinin nümayəndələri Marneulidə də olublar və məktəblərdə erkən yaşda evlilik haqqında seminarlar keçiblər. Kasrelişvilinin sözlərinə görə, qeyd olunan qaydada görüşlər gələcəkdə də davam etdiriləcək.

İza Kasrelişvilinin açıqlamasına görə, söhbət məcburi evlilikdən və həddi-buluğa çatmamış şəxsin qanunsuz azadlıqdan məhrum edilməsindən gedirsə, güman edilən cinayəti törədən şəxsə qarşı əsasən ciddi ölçülər götürülür və cəza olaraq çox hallarda həbsdə qalırlar.

Həddi-buluğa çatmış şəxs tərəfindən 16 yaşa çatmamış şəxslə cinsi əlaqəyə girmə halında isə zorakılıq törədən şəxslə prosessual razılaşma bağlana bilər. Ancaq bu demək deyil ki, şəxs cəzasız qalacaq. O, həbs olunmaya bilər, amma məhkəmə tərəfindən təqsirli hesab olunacaq. Cəza olaraq isə icbari iş, ictimaiyyət üçün faydalı əmək, yaxud cərimə tətbiq oluna bilər.

FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla