Xəbərlər
2019-cu il ərzində Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmamış şəxslə evlənmə motivi ilə törədilmiş 175 cinayət aşkarlayıb (VİDEO)
29 iyul tarixində Marneulidə 15 yaşlı qızın ailə qurmaq məqsədi ilə qaçırılması və zorlanmasına görə üç nəfər saxlanılıb. Onlardan ikisi qanunsuz azadlıqdan məhrum etməkdə bir nəfər isə qanunsuz azadlıqdan məhrum etmək və zorlamada ittiham olunur.

2019-cu il ərzində Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmamış şəxslə evlənmə motivi ilə törədilmiş 175 cinayət aşkarlayıb. Bu barədə DİN-nin İnsan Hüquqlarının Müdafisəi və İstintaq Keyfiyyətinin Monitorinq Departmanetinin əməkdaşı İza Kasrelişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib. Onun sözlərinə görə, qeyd olunan say reallığı əks etdirmir və tez-tez elə hallar baş verir ki, aşkarlanmır və hüquq müdafiə orqanlarına məlumat verilmir.

“Yetkinlik yaşına çatmadan evlənmə kontekstində həmin cinayətə qarşı vaxtında reaksiya göstərmək Daxili İşlər Nazirliyinin prioritetidir. Əsasən üç belə cinayət var ki, cinayət məcəlləsi ilə cəzalandırılır. İlk növbədə bu məcburi evlilikdir. Həmin hərəkət həddi-buluğa çatmış şəxsə qarşı törədildiyi zaman da cəzalandırılır. Cinayətin törədilməsi 2 ildən 4 ilə qədərə azadlıqdan məhrum etmə ilə cəzalandırılır və əksər hallarda bu cinayəti törədənlər həddi-buluğa çatmamış şəxslərin valideynləridir. Yetkinlik yaşına çatmadan evlənmə motivində baş verən daha bir cinayət isə həddi-buluğa çatmamış şəxsin azadlıqdan məhrum edilməsi, həddi-buluğa çatmamış şəxsin qaçırılmasıdır. Bu da olduqca ağır cinayətdir və təəssüf ki, Gürcüstanın müxtəlif regionlarında tez-tez baş verir. Qanun bu cinayətə görə 7 ildən 10 ilə qədər həbs cəzası müəyyən edib. Həmçinin, ən ağır cinayət isə evlənmək məqsədi ilə həddi-buluğa çatmamış şəxsin 16 yaşa çatmamış şəxslə cinsi əlaqədə olmasıdır. Bunun cinayət olduğunu dərk etməyimiz vacibdir.”



Kasrelişvilinin sözlərinə görə, erkən yaşda evlilikə mübarizə üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması vacibdir.

“Marneuli” radiosunun sorğu apardığı sakinlər bildirdi ki, onlar üçün erkən yaşda evlilik qəbuledilməzdir.

“Uşaqlara, əsasən də erkən yaşda evlədnirilən qızlara yazığım gəlir. Onlar uşaq dünyaya gətirməli, ailəyə və yoldaşlarına qulluq etməlidirlər. Erkən yaşda evlənən zaman uşaqlar travma alır. Şəxsən mən az yaşlı uşağı heç vaxt evləndirmərəm.”

“13-14 yaşında evlənmək olmaz. Əvvəl var idi, amma indi yoxdur. O, hələ uşaqdır, gəlinciklərlə oynayır, necə evlənə bilər?”

“Qız 19 yaşdan sonra evlənə bilər, ona qədər yox. İndi 15 yaşlı qız qaçırıblar, olmaz, o, indi yalnız oynamaq istəyir. 27-28 yaşlı oğlan 15 yaşlı qızla bir yataqda necə yata bilər, olmaz.”




Gürcüstanın Xalq Müdafiəçisi Aparatı da Marneulidə 15 yaşlı qızın qaçırılması faktını araşdırır.

Xalq Müdafiəçisinin Gender üzrə Regional nümayəndəsi Mariam Qvidiani bildirdi ki, ümumiyyətlə Xalq Müdafiəçisinin prioritet istiqamətlərindən biri qadın hüquqlarının müdafiəsi və gender bərabərliyidir.

“Təəssüf ki, qeyd olunan məsələlər, erkən yaşda evlilik halları Kvemo Kartli regionunda çox ciddi şəkildə qalmaqdadır. Tendensiya olaraq nişanlanma hallarını fərqləndirərdim. Buna guya ki, adət adı verərək bəraət qazandırırlar, ancaq çox hallarda məlum olur ki, bu yetkinlik yaşa çatmamış şəxsin öz qərarı deyil. Eləcə də təəssüf ki, qanunsuz azadlıqdan məhrum etmə halları qeydə alınır. Bununla bağlı Xalq Müdafiəçisi hesab edir ki, əsas qabaqlayıcı tədbir məhz məlumatlandırmadır. Çünki bu kişinin stereotipli düşüncəsinə bağlıdır ki, “qadın onun mülküdür və onu qanunsuz şəkildə azadlıqdan məhrum edə bilər.”



Mariam Qvidiani hesab edir ki, dövlətin bu kimi məsələlər olan halda əsas görəcəyi iş məlumatlandırma səviyyəsinin artırılması və qabaqlayıcı tədbirlərin gücləndirilməsidir.

Xalq Müdafiəçisinin Gender üzrə regional nümayəndəsi deyir ki, iş prosesində onların qarşılaşdığı problemlərdən biri odur ki, fakt səs-küyə səbəb olub icitmailəşdirilən zaman onun üzərində çalışmalara başlanılır. Digər hallarda hər bir iş tam araşdırılmır və monitorinq aparılmır. Bu geniş problemdir və yalnız bir qurum bunu həll edə bilməz.



FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla