Meriya təbii fəlakətdən zərərçəkmiş əhaliyə hələ də köməklik göstərməyib (VİDEO)
16 iyul tarixində Yağlıcadan gələn selin Vaja Pşavela və Ağmaşenebeli küçəsində onlarla ailəyə zərər vurmasından iki həftə ötür. Təbii fəlakət nəticəsində su əhalinin yaşadığı evlərə dolmuşdu, evlərin birinci mərtəbəsi su altında qalmışdı. Təsərrüfat sahələrində məhsul məhv olmuş və əhalinin bir qisminin ev quşları ölmüşdü. Həmin vaxt zərər çəkmiş əhali yardım tələbi ilə Marneuli meriyası qarşısına toplaşmışdı. Meriyadan onlara bildirmişdilər ki, zərər çəkən ailələrə köməklik göstəriləcək.

Bu gün, 31 iyul tarixində "Marneuli" radiosunun əməkdaşları təbii fəlakətdən zərər çəkən küçələrdə oldular. Əhali bildirdi ki, bu günə qədər meriya tərəfindən onlara hələ yardım göstərilməyib. Sadəcə bir neçə küçəyə çınqıl səpilib.



Məsələyə aydınlıq gətirmək üçün merin birinci müavini Zaur Tabatadze ilə əlaqə saxladıq. O, bizimlə söhbəti zamanı bildirdi ki, yerli özünüidarənin zərər çəkmiş ailələrə hansı formada köməklik göstərəcəyi hələ məlum deyil.

“Əlbəttə kömək etməliyik və edəcəyik. Bəli, danışdıq və yaxın gələcəkdə köməklik göstərəcəyik. Artıq işlər aparılır. İşin özünün proseduraları var. Çünki bu büdcə vəsaitidir və müvafiq olaraq öz proseduraları var – necə yazılmalıdır, necə olmaldır”, – Zaur Tabatadze dedi.



Zaur Tabatadzenin sözlərinə görə, 16 iyul tarixində bələdiyyədə zərəri hesablayacaq komissiya yaradılıb, məhz onlar Marneulidə təbii fəlakətdən zərər çəkmiş əhaliyə yardım məsələsi ilə bağlı qərar qəbul edəcək.

Yerli özünüidarə Fövqəladə Halların İdarəolunması Xidməti ilə birgə ilk mərhələdə su altında qalmış ərazilərdə təmizləmə işləri aparıb.



Print Email
FaceBook Twitter Google