Deputat Azər Süleymanov “Vahid Milli Hərəkat”-ın Marneuli və
Qardabani seçki dairəsindən majoritar namizədi olacaq.
Azər Süleymanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
partiyada onun namizədliyi ilə bağlı qərarı yekdilliklə qəbul
ediblər.
“Bizim məqsədimiz Gürcüstanı bu kirli hakimiyyətin
əlindən xilas etməkdir. Gürcüstanda həyat dayanıb və bizim
mübarizəmiz qələbə üçün, Gürcüstanın qələbəsi üçün olacaq. Şəxsən
Azər Süleymanovun qələbəsi mühüm deyil, Gürcüstan qalib
gəlməlidir”, – Azər Süleymanov dedi.
Marneuli və Qardabani seçki dairəsindən majoritar namizəd bildirdi
ki, o, ilk mərhələdə qalib gələcək.
Azər Süleymanov Gürcüstan Parlamentində dörd çağırışda deputat
olub. İlk üç çağırış zamanı o, Marneulinin majoritar deputatı idi.
2016-2020-ci illərdə isə Vahid Milli Hərəkat partiyasının
proporsional siyahısından deputat seçilmişdi.