2019-cu il ərzində 21 deputat Gürcüstan Parlamentində çıxış etmək
hüququndan istifadə etməyib.
Onlar arasında Marneulili majoritar deputatlar Ruslan Hacıyev və
Mahir Dərziyev də var. Bu barədə məlumat “Beynəlxalq
Şəffaflıq-Gürcüstan”-ın qanunverici orqanın 2019-cu ildəki
fəaliyyəti ilə bağlı hesabatında verilib.
Ruslan Hacıyev 2019-cu il ərzində heç bir üzrlü səbəbi olmadan
Parlamentin 10 plenar və 11 komitə iclasında iştirak etməyib. O,
heç bir üzrlü səbəbi olmadan iclaslarda iştirak etməyən
deputatların ilk üçlüyünə daxildir.
Ruslan Hacıyevə üzrlü səbəb olmadan iclaslarda iştirak etmədiyinə
görə maddi sanksiyalar da təyin olunub. Parlament üzvləri arasında
iclaslarda iştirak etmdəyinə görə ən çox – 3699 lari 20 tetri
Ruslan Hacıyevin maaşından tutulub. Komitə iclaslarında iştirak
etmədiyinə görə isə Hacıyevin maaşından 924 lari 80 tetri
tutublar.
Hesabat dövründə üzrlü səbəb olmadan plenar iclaslarda iştirak
etmədiynə görə 43 halda parlamentin 25 deputatının maaşından 10%
tutulub. Ümumilikdə sanksiyanın dəyəri 39 651 lari 60 tetri təşkil
edib.
Komitə iclaslarında üzrlü səbəb olmadan iştirak etmədiyinə görə 33
halda 22 deputatın maaşından 10% tutulub. Ümumilikdə maddi
sanksiyalar 23 934 lari 20 tetri təşkil edib.