Burma və Təzəkənd sakinləri merlə görüşmək üçün dörd saat gözlədilər

Sadaxlı inzibati ərazi vahidliyinə daxil olan Təzəkənd və Burma kəndlərinin sakinləri səhərdən Marneuli meriyası qarşısına toplaşıb.

Onların əsas tələbi bu kəndlərdə yol infrastrukturunun qaydaya salınması və içməli su probleminin həllidir.

Yerli sakinlər meriya nümayəndələri ilə görüşü saatlarla gözləsələr də, təxminən üç saat ərzində heç kim rəsmi şərh vermədi. Sakinlər bildirdilər ki, kəndlərində illərdir yol problemi həll olunmur. Təcili yardım çağıran zaman vəziyyət daha da ağırlaşır və təcili yardım briqadası kəndə gec gedir.

MarneuliFM · Burma və Təzəkənd sakinləri-1


Aksiya iştirakçılar meriyanın ərazisində demək olar ki, dörd saat dayandılar. Bələdiyyə Məclisinin Sadaxlıdan seçilmiş üzvü Rövşən İsgəndərov da səhər meriya qarşısında olub. O, “Marneuli” radiosuna müsahibə verdi. Bir neçə saatlıq gözləmədən sonra Rövşən İsgəndərov çıxdı və əhaliyə bildirdi ki, mətbuat vasitələri olmasa, onların merlə görüşmək imkanı ola bilərdi. Bu ultimatumdan sonra əhali etiraz etdi, onların bir qismi bildirdi ki, mətbuat olmadan binaya girməyəcəklər. Yekunda görüş mətbuat üçün qapalı şəkildə keçirildi. Təzəkənd və Burma sakinləri təxminən yarım saat merlə görüşdə oldular.

MarneuliFM · Burma və Təzəkənd sakinləri-2


Yerli özünüidarədən “Marneuli” radiosuna bildirdilər ki, bu gün meriyadan müsahibə verməyəcəklər. Ancaq rəsmi şəkildə bəyanat yayımlana bilər. Hazırda mövcud olan yeganə məlumat odur ki, meriya Burma və Təzəkənd yolunun layihəsini İnfrastruktur Nazirliyinə göndərib.



 

"Marneuli" Radiosu

 

Print