Marneuli meri avtomobilini 40 000 lariyə satıb – bəyannamə

Marneuli meri Zaur Darğallı Mesedes Benz markalı maşını 2019-cu ilin 24 sentyabr tarixində 40 000 lariyə satıb.



Zaur Darğallının 2020-ci ilin 30 iyun tarixində yayımladığı əmlak bəyannaməsinə görə, o, daşınmaz əmlaka sahib deyil. Onun adına daşınan əmlak da qeydiyyatda yoxdur.

Darğallı 2019-cu ilin mülkiyyət bəyannaməsinə görə, daşınan əmlak olaraq Mersedes Benz firmalı maşına sahib idi. Həmin avtomobili 2017-ci ildə 60 000 lariyə alıb. Darğallı məhz həmin maşını satıb.

Zaur Darğallının həyat yoldaşı Rəna Nurməmmədova daşınmaz mülkiyyətə sahibdir. Nurməmmədovanın mülkiyyətində iki torpaq sahəsi var. Ona Marneulidə Musxelişvili küçəsində yerləşən 625 kvadrat metr torpaq sahəsini 2016-cı ildə hədiyyə ediblər, bəyannamədə hədiyyə edənin kimliyi görünmür. Həmin küçədə isə 2018-ci ildə 50,2 kv.m yaşayış evini 15 000 dollara alıb.

 

Print Email
FaceBook Twitter Google