Marneuli meriyası 18 sentyabr tarixində Barışıq və Vətəndaş
Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin qarşılanması üçün 240
lari xərcləyib.
İnzibati Xidmətin Maddi-Texniki Təchizat Şöbəsinin rəhbəri Marneuli
meri səlahiyyətlərini icra edən Zaur Tabatadzeyə izahedici qeydlə
müraciət edib.
“Nəzərinizə çatdırım ki, Marneuli meriyasında cari ilin
18 sentyabr tarixində Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri
üzrə Dövlət naziri ilə Kvemo Kartli qubernatoru və yerli
qeyri-hökumət təşkilatlarının görüşü keçirilməlidir. Bununla bağlı
bizə şirniyyat, qəhvə, çay, birdəfəlik istifadə üçün nəzərdə
tutulmuş stəkanlar, qazlı, mineral və içməli sular
lazımdır”, – izahedici qeyddə yazılıb.
Yerli özünüidarə “Kral-XXI” MMC ilə sadələşdirilmiş alqı-satqı
müqaviləsi bağlayıb və onlardan müxtəlif şirniyyatlar, şokolad
dadlı “priyanik”, kəsmikli şirniyyat və fındıqlı vafli alıb.