"Şokolad dadlı "priyanik", çay, qəhvə – Marneuli meriyası dövlət nazirini qarşılamaq üçün 240 lari xərcləyib
Marneuli meriyası 18 sentyabr tarixində Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin qarşılanması üçün 240 lari xərcləyib.

İnzibati Xidmətin Maddi-Texniki Təchizat Şöbəsinin rəhbəri Marneuli meri səlahiyyətlərini icra edən Zaur Tabatadzeyə izahedici qeydlə müraciət edib.

“Nəzərinizə çatdırım ki, Marneuli meriyasında cari ilin 18 sentyabr tarixində Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri ilə Kvemo Kartli qubernatoru və yerli qeyri-hökumət təşkilatlarının görüşü keçirilməlidir. Bununla bağlı bizə şirniyyat, qəhvə, çay, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkanlar, qazlı, mineral və içməli sular lazımdır”, – izahedici qeyddə yazılıb.

Yerli özünüidarə “Kral-XXI” MMC ilə sadələşdirilmiş alqı-satqı müqaviləsi bağlayıb və onlardan müxtəlif şirniyyatlar, şokolad dadlı “priyanik”, kəsmikli şirniyyat və fındıqlı vafli alıb.



Print