Marneuli 22 saylı Dairə Seçki Komissiyası “Mülki platforma
20/20”-nin şikayətinin müzakirəsi prosesindədir.
Marneuli 22 saylı Dairə Seçki Komissiyasının rəhbəri ərizələrin
müzakirə vaxtını bildirmir, ancaq qeyd edir ki, şikayətçiyə qərarı
yazılı şəkildə məktubla bildirəcəklər.
“Onun ərizələri müzakirə prosesindədir və cənab
Qiorqiyə yazılı şəkildə cavab verəcəyik. Bizə müraciət olunan bütün
məsələləri müzakirə edirik və müvafiq vaxt ərzində cavab
göndəririk. Nəzərdə tutulmuş vaxt çərçivəsində cavabları
verəcəyik”, – Marneuli 22 saylı Dairə Seçki
Komissiyasının rəhbəri Ani İluridze bildirdi.
Marneuli 22 Dairə Seçki Komissiyasına birinci şikayət “Mülki
Platforma 20/20”-nin müşahidəçisi Qiorqi Mumladze tərəfindən 21
sentyabr tarixində verilib. Qaydaya əsasən bu gün ərizəyə cavab
verilməli idi. Məsələ 20 sentyabr tarixində “Gürcü Arzusu”-nun
majoritar deputatlığa namizədinin Saimerlo kəndində əhali ilə
görüşü ilə bağlıdır. Görüşdə Dairə Seçki Komissiyası tərəfindən
seçilmiş Məntəqə Seçki Komissiyasının beş müstəqil üzvü iştirak
edirmiş. Bu isə Seçki Məcəlləsinin tələblərinin pozulması
deməkdir.
Mumladze 22 sentyabr tarixində Dairə Seçki Komissiyasına “Mülki
Platforma 20/20”-nin adı ilə daha bir ərizə verib. Mumladzenin
sözlərinə görə, Marneuli Dairə Seçki Komissiyası tərəfindən 33
saylı seçki məntəqəsinə seçilmiş neytral üzv Fərman Əlləzov “Gürcü
Arzusu”-nun majoritar deputatlığa namizədi Zaur Darğallının 19
sentyabr tarixində Sadaxlıda əhali ilə keçirdiyi görüşdə iştirak
edirmiş.
Gürcüstan Seçki Məcəlləsinə əsasən seçkiqabağı təbliğatda qanunu
pozaraq iştirak etmək 2000 lari dəyərində cəriməyə səbəb olur.
Həmçinin, bu hal səlahiyyətlərin dayandırılmasına da əsas ola
bilər.