Bu il Gürcüstanda keçirələcək Parlament seçkiləri zamanı Marneuli və Qardabanidən majoritar deputatlığa yeganə qadın namizədi “Gürcüstan” partiyası irəli sürüb.
Qadın namizəd olan Gülsəfa Ayvazova Sadaxlı ərazi vahidliyinə daxil olan Təzəkənd sakinidir. O, 1957-ci ildə Mollaoğlu kəndində anadan olub və elə orta təsilini də həmin kənddə alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin dilçilik fakültəsinə qəbul olub və oranı bitirib. Gülsəfa Ayvazova bir müddət yaşadığı Təzəkənddə yerləşən məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 11 il isə Burma kəndində məktəb direktoru vəzifəsində çalışıb.