Gürcüstanlı gənclər Azərbaycana dəstək aksiyası keçiriblər
Bu gün, 28 sentyabr tarixində Tbilisidə bir qrup etnik azərbaycanlı gənclər tərəfindən Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək aksiyası keçirilib.

Tbilisidə, Heydər Əliyev parkında başlayan aksiya daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında davam edib. Aksiya iştirakçıları “Qarabağ bizimdir”, “Qarabağa azadlıq”, “Qarabağ Türkündür” şüarları səsləndiriblər. Onlar həmçinin Gürcüstanın işğalda olan torpaqlarına “Abxaziya-Osetiyaya azadlıq” şüarları da səsləndirərək yürüyüş keçiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası qismən səfərbərlik elan edib. Cəbhə xəttində hazırda Azərbaycan-Ermənistan arasında döyüş davam edir.

Xatırladaq ki, cəbhədə gedən döyüşlər nəticəsində Füzuli–Cərbayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.





Print Email
FaceBook Twitter Google