Ağaca vurulan namizədlər

Marneulidə demək olar ki, bütün ağaclara siyasi subyektlərin seçkiqabağı plakatları vurulub. Bu hərəkət isə qanunla cəzalandırılır.



2020-ci ilin 4 sentyabr tarixində Marneuli Bələdiyyə Məclisi seçkiqabağı plakatların vurulmasının qadağan olunduğu yerləri müəyyən edib. Həmin siyahıya ağac-bitkilər də daxildir.

Bu il təbliğat materialları ilə bağlı qadağalara seçkiqabağı materialların vurulmasına icazə verilməyən subyektlər də əlavə olunub. Həmin yerlər Marneulidə 26 may küçəsində yerləşən dekorativ hasar, dayanacaqlar və ağac-bitkilərdir. Həmçinin, bugünkü iclasda açıqlandı ki, təbliğat materiallarını küçə və daxili fasadlara, mədəni tikililərə (kilsə, məscid, qəbiristanlıq və s.), mədəni irsi abidələrə vurmaq olmaz. Eləcə də Marneulidə Mədəniyyət Evinin ətrafında yerləşən dekorativ divara, Durmuşxan Mağalaşvili adına körpüyə və körpüdəki dəmir qurğulara təbliğat materialları vurmaq qadağandır. Bu kimi plakatların bələdiyyənin mülkiyyətinə daxil olan elektrik dirəklərinə, sahibi ilə razılaşma əsasında mağazalara və özəl obyektlərə vurulmasına icazə verilir”, – Bələdiyyə Məclisi Aparatının sədri Nino Beridze 4 sentyabr tarixində bildirmişdi.

“Avropalı Gürcüstan”-ın majoritar deputatlığa namizədi Əhməd İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirmişdi ki, Bələdiyyə Məclisinin qadağaları tətbiq etməsinə qədər Marneulidə onun seçkiqabağı plakatları ağaclara vurulmuşdu.

Biz gözləyirdik ki, görək “Gürcü Arzusu” özünün seçkiqabağı plakatlarını vuran zaman nə edəcək və “Gürcü Arzusu”-nun meri, bu gün “Gürcü Arzusu”-ndan majoritar deputatlığa namizəd olan şəxs özünün qoyduğu qanunu pozdu. Mən sabah “Avropalı Gürcüstan”-ın Marneulidəki bütün ağaclarda olan plakatlarını sökəcəm və görək “Gürcü Arzusu” və “Milli Hərəkat” necə hərəkət edəcək”, – Əhməd İmamquliyev bildirdi.

“Avropalı Gürcüstan”-dan fərqli olaraq “Vahid Milli Hərəkat” hələ cərimələnməyib. “VMH”-ın Marneuli və Qardabani dairə seçki qərargahının sədri Aqil Mustafayev bildirdi ki, onlar başqa namizədlərin plakatlarının vurulduğunu gördükdən sonra özlərinin seçki plakatlarını vurmağa qərar veriblər.

“Gürcü Arzusu”-ndan “Marneuli” radiosunun zənglərinə cavab vermirlər.
“Marneuli” radiosu Marneuli meriyasından və Dairə Seçki Komissiyasından hansı hüquqi reaksiya göstərəckləri barədə məlumat almaq üçün hələ də cavab gözləyir.

Seçki plakatlarının ağaca vurulmasına görə adi vətəndaşlar 1000 lari, dövlət məmurları 2000 lari cərimə olunurlar.

 

Print Email
FaceBook Twitter Google