"VMH"-ın üzvləri Marneulinin "Aversi" klinikasında diaqnostik müayinədən keçirlər
Bu dəqiqələrdə Marneulinin "Aversi" klinikasınsa VMH-ın 3 nəfər üzvü müayinədən keçirilir. "Aversinin" meneceri Manana Kapanadzenin "Marneuli" radiosuna verdiyi məlumata görə, ata-oğul – Qivi Kveladze və Laşa Kveladze kompüter tomoqrafiyasından keçiriliblər. Üçüncü xəstə isə nisbətən yüngül xəsarət alıb. Onun sözlərinə görə, xəstələrin üçü də diaqnostik müayinədən keçirilir və onların vəziyyətinin qiymətləndirilməsi üçün vaxt lazımdır.

"Mtavari Arxinin" jurnalisti Ceyhun Muhəmmədəlinin başı yarılıb. Ona canlı bağlantıdan sonra hücum ediblər. O, hazırda "Geo Hospitaldadır". Ancaq xəstənin Tbilisiyə aparılması gözlənilir.

Bu gün, 29 sentyabr tarixində "Gürcü Arzusunun" tərəfdarları "VMH"-ın tərəfdarlarına hücum ediblər və Dairə Seçki Komissiyasının üzvü Laşa Kveladzeyə hücum ediblər.

Qeyd edək ki, günün birinci yarısında Marneulinin 22 saylı Dairə Seçki Komissiyası ərazisində mübahisə və fiziki qarşıdurma baş vermişdi.

"Vahid Milli Hərəkat" və "Gürcü Arzusu" partiyasının nümayəndələri mübahisə etmişdi. Tərəflər baş vermiş mübahisədə bir-birini ittiham edir. Vəziyyət "Milli Hərəkat" Dairə Seçki Komissiyası ərazisinə etiraz aksiyası keçirmək üçün getdikdən sonra gərginləşib. Onlar Dairə Seçki Komissiyasının sədrinin seçilməsi prosesinə etiraz ediblər. Belə ki, prosesdə müxalifət nümayəndələri iştirak etməyib.

"Marneuli" Radiosu
Print