Koronavirusa görə Marneulinin iki ictimai məktəbində tədris prosesi dayandırılıb
Marneuli bələdiyyəsinin iki ictimai məktəbində tədris prosesi dayandırılıb.

20 oktyabr tarixində üç müəllimdə koronavirus aşkarlandıqdan sonra bu qərar qəbul edilib. Marneuli Təhsil Resurs Mərkəzindən bildirirlər ki, indiki mərhələdə yoluxmuş şəxslə təmasda olanlar özünütəcridə keçib və təhsil onlayn rejimdə davam edir.

"Dünən mövcud məlumatlar dəyişib. Böyük Bəylər ictimai məktəbində distant rejimə keçmiş bir neçə sinfin karantin müddəti başa çatdı. İndi beş məktəb distant rejimdədir. Həmin beş məktəbdən ikisi tambağlanıb. Bunlar Qasımlı və Şulaveri 1 saylı ictimai məktəbidir. Onlar təhsilə14 gün ərzində distant rejimdə davam edəcəklər."

Şulaveri 1 saylı ictimai məktəbinin direktoru Şalva Putkaradze "Marneuli" radiosuna bildirdi ki, məktəbin üç müəllimində virus aşkarlanıb. Qasımlı ictimai məktəbinin müəllimlərinin paralel olaraq Şulaveri məktəbində də dərs keçdiyinə görə məktəbin bağlanmasına ehtiyac yaranıb.

Qeyd edək ki, koronavirusa görə indiyə qədər Baydar, Sadaxlı 2 saylı və Marneulinin 5 saylı ictimai məktəbləri distant rejimə keçib.

Print Email
FaceBook Twitter Google