"Bidzinaya siqnal ver" – "Avropalı
Gürcüstan"-ın Marneuli qərargahı aksiyaya qoşulub.
Partiya dəstəkçiləri səhər Marneulidən Tbilisi istiqamətində
siqnallarla yola düşüblər.
"Avropalı Gürcüstanın" Marneuli qərargahının rəhbəri "Marneuli"
radiosuna bildirdi ki, maşın siqnalları ilə Bidzina İvanişviliyə
xatırladırlar ki,
"onun dövrü başa
çatdı".
"Aksiya keçirilir, toplaşmaq və geniş miqyaslı aksiya
keçirmək hüququmuz yoxdur. Ona görə də hamımız maşınlarımızda
qaldıq və Bidzinaya "siqnal" vasitəsilə səsimizi çatdırırıq. Ona
göstərməliyik ki, Bidzinanı istəmirik, Bidzina ilə mübarizə
aparırıq və bizim mübarizəmizə əhalinin təhlükəsizliyi daxildir.
Aksiyanı xalq üçün təhlükəsiz qaydada keçiririk. Biz Bidzinaya
"siqnal" veririk ki, bilsin, biz onun hesab etdiyindən daha çoxuq.
"
Qeyd edək ki, bütün ölkə miqyasında "Avropalı Gürcüstan"
partiyasının dəstəkçiləri aksiyaya qoşulublar.