"Bidzinaya siqnal ver" – "Avropalı Gürcüstan"-ın Marneuli qərargahı aksiyaya qoşulub
"Bidzinaya siqnal ver" – "Avropalı Gürcüstan"-ın Marneuli qərargahı aksiyaya qoşulub.

Partiya dəstəkçiləri səhər Marneulidən Tbilisi istiqamətində siqnallarla yola düşüblər.

"Avropalı Gürcüstanın" Marneuli qərargahının rəhbəri "Marneuli" radiosuna bildirdi ki, maşın siqnalları ilə Bidzina İvanişviliyə xatırladırlar ki, "onun dövrü başa çatdı".

"Aksiya keçirilir, toplaşmaq və geniş miqyaslı aksiya keçirmək hüququmuz yoxdur. Ona görə də hamımız maşınlarımızda qaldıq və Bidzinaya "siqnal" vasitəsilə səsimizi çatdırırıq. Ona göstərməliyik ki, Bidzinanı istəmirik, Bidzina ilə mübarizə aparırıq və bizim mübarizəmizə əhalinin təhlükəsizliyi daxildir. Aksiyanı xalq üçün təhlükəsiz qaydada keçiririk. Biz Bidzinaya "siqnal" veririk ki, bilsin, biz onun hesab etdiyindən daha çoxuq. "

Qeyd edək ki, bütün ölkə miqyasında "Avropalı Gürcüstan" partiyasının dəstəkçiləri aksiyaya qoşulublar.


"Marneuli" Radiosu
Print