Birinci Kosalı kəndində küçə işıqlarının dekabrda yanacağı ehtimal olunur
Birinci Kosalı kəndinə küçələrin işıqlandırılması işlərinin bitməsinə baxmayaraq, gecə saatlarında kəndin küçələrində hələ də işıqlar yanmır.

İşıqların yanmaması kənd sakinlərinin narahtçılığına səbəb olur. Onlar küçəyə çıxdıqları zaman qaranlıq yolda hərəkət etməli olurlar. Sakinlərin şikayətinə əsaslanaraq Kəpənəkci inzibati ərazi vahidliyinin icra nümayəndəsi Asif Yüzbaşov ilə əlaqə saxladıq. “Marneuli” radiosu ilə söhbəti zamanı Yüzbaşov kənddə küçələrin işıqlandırılıması ilə bağlı olan işlərin yekunlaşdığını təsdiqlədi.

O, hazırda şirkətin görülən işləri tam şəkildə təhvil verməsini gözlədiklərini dedi. İcra nümayəndəsinin sözlərinə görə, işıqların dekabr ayından etibarən yanacağı ehtimal olunur.

Məlumat üçün qeyd edək ki, Birinci Kosalı kəndində küçə işıqlarının çəkilməsi üçün 2019-cu ilin “Kəndə dəstək proqramı” çərçivəsində 20 000 lari ayrılmışdı.

Marneuli bələdiyyəsində “Kəndə dəstək proqramı 2019”-da nəzərdə tutulmuş layihələr üçün mərkəzi büdcədən 1 232 000 lari ayrılmışdı. Bələdiyyə isə müəyyən layihələrin birgə maliyyələşdirilməsi üçün 234 000 lari ayırıb.






Print Email
FaceBook Twitter Google