Marneuli bələdiyyəsinin Kürtlər kəndinə ailə həkimi hələ də təyin
olunmayıb.
Bu gün, 10 dekabr tarixində Fövqəladə Halların İdarəolunması və
Təxirəsalınmaz Yardımlar Mərkəzindən “Marneuli” radiosuna
bildirdilər ki,
“qeyd olunan vəzifəyə ərizələrin qəbulu
davam edir, ancaq hələ ki, müvafiq kadr
seçilməyib.”
Kürtlər ambulatoriyasında demək olar ki, bir ildir ailə həkimi
yoxdur. Həkimin olmaması kənddə, hələ ki, pandemiya dövründə bir
çox problemə səbəb olub. Ailə həkimi insan sağlamlığında həlledici
rol oynayır.
Yerli sakinlər klinikaya getmək üçün arayışı kimdən alacaqlarını
bilmirlər. Deyirlər ki, uşağa peyvəndin vurulması da gecikir.
Bu mövzuda “Marneuli” radiosu dəfələrlə material hazırlayıb.
Həmçinin, sonuncu material oktyabrda hazırlanmışdı. O zaman
bildirmişdilər ki, Kürtlərə ailə həkimi noyabr ayında təyin
olunacaq.
Marneuli bələdiyyəsi miqyasında 84 kənd var, onlardan yalnız 13
kənddə ambulatoriya fəaliyyət göstərir, ailə həkimlərinin sayı isə
42 nəfərdir.