Azərbaycanın Gürcüstandakı səfirliyində Zəfər paradına həsr olunan tədbir keçirilib
Bu gün, 10 dekabr tarixində Azərbaycanın Gürcüstandakı səfirliyində Zəfər paradına həsr olunan tədbir keçirilib.

Bu barədə "Marneuli" radiosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Məlumata görə, tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan da iştirak edib.

Həmin məlumatı sizə olduğu kimi təqdim edirik.

"Bu gün, Azərbaycanın torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində şanlı zəfərimiz Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Türkiyə Cumhuriyyətinin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və əməkdaşları ilə birlikdə qeyd edilmiş, bu münasibətlə Bakı şəhərində keçirilmiş Qələbə paradı birlikdə izlənilmişdir.

Tədbirdə Fatma xanıma Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev tərəfindən Vətən müharibəmizdə zəfərimizin rəmzi olan və Qarabağ torpağında becərdilmiş xarıbülbül gülü hədiyyə edilmişdir.

Öz növbəsində Türkiyə Cumhuriyyətinin səfiri bu gülün Türkiyənin Gürcüstandakı Səfirliyinin ərazisində olan bağdakı ən gözəl yeri bəzəyəcəyinə söz vermişdir.

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı!",
– səfirliyin məlumatında deyilir.


Print Email
FaceBook Twitter Google