Xuldərə və daha üç kənddə məktəbə gedən yola asfalt örtüyünün çəkilməsi planlaşdırılır
Marneuli yerli özünüidarəsi Tsopi, Xuldərə, Şulaveri və Kürtlər kəndlərində məktəbə gedən yollara asfalt örtüyünün çəkilməsi üçün smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.

Tender sənədlərinə görə, Marneuli meriyası dörd kəndin məktəbinə gedən yolun smetası üçün 13 940 lariyə yaxın pul xərcələyək.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, dörd kənddə də məktəbə gedən yol 2021-ci ildə çəkiləcək.

“Bu tender ona görə indi elan edilib ki, 2021-ci ildə işlər həyata keçirilsin. Dörd yolun çəkilməsinə güman ki, 600 000 lariyə yaxın pul xərclənəcək”, – Vüqar Məmmədov dedi.

Məktəbə gedən yolun çəkilməsinin dəqiq xərcləri smeta sənədlərinin hazırlanmasından sonra məlum olacaq.

Tender sənədlərinə görə, Tsopi, Xuldərə, Şulaveri və Kürtlər məktəbinə gedən yollarda ikiqat asfalt örtüyü çəkilmiş yol, asfalt-beton qatı, lazım olan halda isə kanalizasiya sistemi qurulmalıdır. Yolların eni yolun çəkiləcəyi yerlərdə layihələndirmə prosesi zamanı müəyyən olunacaq.

Marneuli yerli özünüidarəsi tenderi 4 dekabr tarixində elan edib. Tenderdə iştirak etmək istəyə şirkətlər 13 dekabrdan 15 dekabra qədər təkliflərini təqdim edə bilərlər.

Print Email
FaceBook Twitter Google