2021-ci ildə Regional İnkişaf Fondu Marneulidə həyata keçiriləcək layihələr üçün 6 000 000 lariyə yaxın vəsait ayırır
Gürcüstanın Regional İnkişaf Fondu 2021-ci ildə Marneuli bələdiyyəsində 9 layihə həyata keçirəcək.

Deputatlar Marneuli Bələdiyyə Məclisinin 7 dekabr tarixində baş tutmuş iclasında Marneulidə həyata keçiriləcək layihələri təsdiqləyib.

Marneuli meriyasının İnfrastrukturun İnkişafı, Analiz və Monitorinq Şöbəsinin rəhbəri Davit Mumladze Bələdiyyə Məclisinin üzvlərini layihələrlə tanış edib.

2021-ci ildə Regional İnkişaf Fondundan maliyyə dəstəyi ilə Marneulidə həyata keçiriləcək layihələrin siyahısını təqdim edirik:

1. Marneuli şəhəri 1 saylı uşaq bağçasının tam bərpası – layihənin dəyəri 1 362 230 lari.
2. Qızılhacılı uşaq bağçasının bərpası – layihənin dəyəri – 799 997 lari.
3. Yuxarı Qullar kəndinə içməli suyun çəkilməsi – layihənin dəyəri 1 207 625 lari
4. Aşağı Qullar kəndində su təchizatının bərpası – layihənin dəyəri – 251 408 lari
5. Dolisğana kəndinə gedən yolun təmiri – layihənin dəyəri 369 000 lari.
6. İmircala yollarının bərpası – layihənin dəyəri 218 518 lari
Marneuli meriyasının İnfrastrukturun İnkişafı, Analiz və Monitorinq Şöbəsinin rəhbərinin sözlərinə görə, üç infrastruktur layihəsinin birinci mərhələsi 2020-ci ildə başlayıb və ikinci mərhələ 2021-ci ildə davam edəcək. Həmin infrastruktur layihələri bunlardır:
1. Xocorni kəndinin su təchizatının bərpası
2. Xocorni kəndinə gedən yola asfalt örtüyünün çəkilməsi
3. Dəmyə kəndinin daxili yollarının bərpası


Marneuli bələdiyyəsinin Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov “Marneuli” radiosuna bildirdi ki, 2021-ci ildə Regional Fonddan Marneulidə 6 milyon lari dəyərində layihə həyata keçiriləcək.






Print Email
FaceBook Twitter Google