Marneuli sakinləri Parlament deputatlarından bələdiyyə problemlərinin həllini gözləyirlər
10-cu çağırış Parlamentdə “Gürcü Arzusu”-ndan etnik Azərbaycanlılardan yalnız iki deputat yer alıb.
Bunlar Marneuli və Qardabanidən majoritar deputat Zaur Darğallı və proporsional siyahıdan Savalan Mirzəyevdir. Deputatlar namizəd olduqları vaxt sakinlərlə görüş keçirir, onların problemləri ilə yaxından maraqlanır və seçkilərdə qalib gələcəkləri təqdirdə əhalinin problemini həll edəcəklərinə dair vədlər verirdilər.

Bun gün, Marneuli sakinləri ilə sorğu keçirdik. Onların yeni deputatlardan hansı gözləntilərinin olduğu ilə maraqlandıq. “Marneuli” radiosu ilə söhbətləri zamanı sakinlər müxtəlif problemlərin həll olunması kimi gözləntilərinin olduqlarını bildirdilər. Onlar arasında Marneuli küçələrində səkilərin qaydasında olmadığından, yağış yağdığı zaman küçələrdə hərəkət etməyin çətinliyindən, işsizlikdən, sosial yardımın verilməməsindən və məktəbin təmir olunmasından şikayətlənənlər oldu.


Məlumat üçün qeyd edək ki, 10-cu çağırış Parlamentin ilk sessiyasında açılışı prezident Salome Zurabişvili edib. Gürcüstanın müxalifət partiyaları Parlamentdə mandatlarını ictimai formada dayandırıblar. Deputat mandatı əldə etmiş 8 müxalifət partiyası Parlament seçkilərinin nəticələrini tanımayıb. Deputat mandatlarından “Vahid Milli Hərəkat”, “Avropalı Gürcüstan”, “Quruculuq strategiyası”, “Lelo” və “Leyboristlər Partiyası” imtina edib. Bu günə qədər iqtidar və müxalifət arasında 4 dəfə danışıqlar aparılsa da, heç bir nəticə əldə olunmayıb.

Tərəflərin növbəti dialoqunun dekabrın 14-də keçiriləcəyi gözlənilir. Hazırda Parlament təkpartiyalıdır.

Print Email
FaceBook Twitter Google