10 ayın məlumatına görə Marneulidə koronavirusa 1109 yoluxma halı təsdiqlənib
2020-ci ilin 9 dekabr tarixinə olan vəziyyətə görə, Gürcüstanda koronavirusa ilk yoluxmadan bu günə kimi Marneuli bələdiyyəsində 1 109 vətəndaş virusa yoluxub. “Marneuli” radiosu meriyadan bu barədə məlumatı yazılı şəkildə əldə edib.

Verilən məlumata görə, Marneulidə Covid-19-dan 29 nəfər dünyasını dəyişib, 1046 nəfər özünütəcriddə olub, 710 nəfər sağalıb, hazırda 92 nəfər özünütəcriddədir.

Gürcüstanda koronavirusa ilk yoluxma halı 26 fevral tarixində təsdiqlənib. Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Marneuli bələdiyyəsi daxili yoluxma faktına görə 23 mart tarixində bağlanmışdı. Bələdiyyəyə giriş və çıxış qadağan edilmişdi. Aptek, ərzaq mağazaları və strateji əhəmiyyətli infrastrukturdan başqa bütün obyektlər bağlanmışdı. İctimai nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı.

Qeyd edək ki, “Marneuli” radiosuna bələdiyyədəki epidemioloji vəziyyət və təsdiqlənmiş koronavirus hallarının sayı barədə nə yerli özünüidarə, nə də İctimai Səhiyyə Mərkəzi məlumat vermirdi. Rəsmi məktubla müraciət etdikdən sonra bu barədə məlumat verdilər.
Print Email
FaceBook Twitter Google