Marneulidə koronavirusdan 29 nəfər dünyasını dəyişib
Marneuli bələdiyyəsində koronovirusdan 29 nəfər dünyasını dəyişib. “Marneuli” radiosu meriyadan bu barədə məlumatı yazılı şəkildə əldə edib.

2020-ci ilin 9 dekabr tarixinə olan məlumata görə, Gürcüstanda koronavirusa ilk yoluxmadan bu günə kimi Marneuli bələdiyyəsində 1 109 vətəndaş virusa yoluxub.

Onlardan:
Dünyasını dəyişənlər – 29 nəfər;
Özünütəcriddə olub - 1046 nəfər;
Sağalanlar – 710 nəfər;
Bu günə olan məlumata görə, hazırda özünütəcriddə olanlar – 92 nəfər;

Gürcüstanda koronavirusa ilk yoluxma halı 26 fevral tarixində təsdiqlənib. Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Marneuli bələdiyyəsi daxili yoluxma faktına görə 23 mart tarixində bağlanmışdı. Bələdiyyəyə giriş və çıxış qadağan edilmişdi. Aptek, ərzaq mağazaları və strateji əhəmiyyətli infrastrukturdan başqa bütün obyektlər bağlanmışdı. İctimai nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı.
Qeyd edək ki, “Marneuli” radiosuna bələdiyyədəki epidemioloji vəziyyət və təsdiqlənmiş koronavirus hallarının sayı barədə nə yerli özünüidarə, nə də İctimai Səhiyyə Mərkəzi məlumat vermirdi. Rəsmi məktubla müraciət etdikdən sonra bu barədə məlumat verdilər.
Print Email
FaceBook Twitter Google