Marneulinin keçmiş deputatı "Gürcü Arzusu"-nun azarkeşi olaraq qalır

Gürcüstanın onuncu çağırış Parlamenti bu gün fəaliyyətə başlayıb.



Əvvəlki çağırış Parlamentinin – Marneulili majoritar deputatları Tamaz Naveriani, Mahir Dərziyev və Ruslan Hacıyevin səlahiyyətləri dayanıb.

Mahir Dərziyev “Marneuli” radiosuna bildirdi ki, o, hələ də partiyanın tərəfdaşı olaraq qalır. Gələcək planlar barədə danışmaqda isə indiki mərhələdə çətinlik çəkir.

"Mən Gürcü Arzusu partiyasının üzvüyəm. Partiyanın bu məsələlərdə sərgilədiyi mövqeyi də bəllidir. Bu mövqeyi mən də dəstəkləyirəm, tərəfdarıyam. Planlarıma qalanda isə bu saat açığı bir növ cəmiyyətdə fəallıq yoxdur. İşgüzar sahədə olduğu kimi siyasi sahədə də artıq seçkilər qurtarıb. Parlament işinə başlayıb. Hökumət təşkil olunacaq. Yaza qədər yəqin ki, inşallah bu epidemioloji vəziyyət düzələr. Yazdan sonra mən də, digər insanlarımız da cəmiyyətmizin digər üzvləri də, vətəndaş hüquqlarından, həm də vəzifələrindən istifadə edərək, həm siyasi fəaliyyətlərlə, həm də ictimai fəaliyyətlərlə məşğul ola bilər. Mən də cəmiyyətin bir sıravi üzvü kimi", – Mahir Dərziyev dedi.



“Marneuli” radiosu indiyə qədər Tamaz Naveriani və Ruslan Hacıyevlə əlaqə saxlamağa çalışır. Ancaq onlar bizim zənglərimizə cavab vermirlər. Hacıyev şəxsi mesaj vasitəsilə bizə vəd verdi ki, vaxt tapıb müsahibə verəcək.

Hazırki vəziyyətə görə Gürcüstan Parlamenti təkpartiyalı olacaq.

31 oktyabr seçkilərində baryeri aşmış müxalifət partiyaları Parlamentə girməkdən imtina ediblər. Onlar bildiriblər ki, seçkilərin nəticələrinə etimad etmirlər.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər