Dmanisi rayonunun Qızılkilsə kəndində bir neçə gündür ki, internet yoxdur
Dmanisi rayonunun Qızılkilsə kəndində bir neçə gündür ki, internet yoxdur. Bu barədə məlumatı kənd sakini Musa Hüseynquliyev verdi. Onun sözlərinə görə, təhsil distant rejimə keçdiyi üçün "İ-link" şirkətindən evlərinə internet çəkdiriblər. İnternet olmadığına görə, indi uşaqları təhsildən kənar qalır.

Hüseynquliyevin sözlərinə görə, onlar dəfələrlə şirkətə məlumat veriblər, amma onların problemi indiyə qədər həll olunmamış qalıb.



Məsələyə aydınlıq gətimək üçün "İ-link" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, 7 dekabr tarixində güclü qar yağması nəticəsində Şindilər dağında "EnergoPro"-ya məxsus elektrik xətti qırılaraq, sıradan çıxıb. Buna görə də Qızılkilsə və ətraf kəndlərdə internetin verilməsində problemlər yaranıb.

"9 dekabr tarixində "EnergoPro" tərəfindən problem aradan qaldırıldı. Qızılkilsə kəndindən başqa digər kəndlərdə hal-hazırda internet var. Çünki Qızılkilsə kəndinə quraşdırılan ötrücü günəş batareyaları ilə çalışır. Hava buludlu olduğuna görə, həmin batareyalar enerji yığa bilmir. Batereyaları yenisi ilə əvəz etmək üçün şirkətə məxsus texnika və işçilər dağa qalxa bilmir. Çünki hal-hazırda həmin ərazilər qarlıdır. Yaxın günlərdə problem aradan qaldırılacaq. Qaldı ki, internetin olmadığı günlərdə abonetlərə həmin məbləğ geri ödəniləcək", – "İ-link"-dən bildirdilər.

Şirkətən o da bildirildi ki, ötrücüyə elektrik enerjisinin çəklişi üçün "EnergoPro"-ya ərizə ilə müraciət ediblər. Ərizəyə nə vaxt cavab gələcəyini isə bilmirlər. “İ-link”-dən onu da əlavə etdilər ki, şirkət Qızılkilsə kəndində ötrücünü quraşdıran zaman evlərin birindən elektrik xətti çəkmək istəyiblər, amma sakinlər şirkətə elektrik enerjisi verməkdən imtina ediblər.

Print Email
FaceBook Twitter Google