Gürcüstanın onuncu çağırış Parlamentinin birinci iclası keçirilib
Bu gün, 11 dekabr tarixində Gürcüstanın onuncu çağırış Parlamentinin birinci iclası keçirilib. İclasda yalnız “Gürcü Arzusu”-nun nümayəndələri iştirak edib.

Səhərdən Parlament ərazisində etiraz aksiyaları keçirilir. Toplaşmış vətəndaşlar Parlamentin yeni seçilmiş üzvlərini qanunvericilik orqanına girən zaman “qullar” şüarı ilə yola salıblar.

Onuncu çağırış Parlamentin ilk iclasını Gürcüstan Prezidenti Salome Zurabişvili açıb. Zurabişvili açılış zamanı çıxışında bildirib ki, gürcü xalqı hədə və məqsədi sabitliyin pozulması olan təxribatlardan yorulub.

“Bir dairədə fırlanmaqdan “yorulduq”. Küçədən siyasi proseslərin idarə olunması cəhdi ilə, dialoq əvəzinə hədə və məqsədi sabitliyin pozulması olan təxribatlar! 30 il ərzində bütün nəsillər küçədə dayanıb! Hamısı, həmçinin, mən də Parlament pilləkənlərində dayanmışıq. Bu gün isə ölkəyə başqa şey lazımdır!

İki siyasi qütb arasında daimi mübarizədən “yorulduq”: Zviadın tərəfdarları, Zviada qarşı çıxanlar, Şevardnadze tərəfdarları, Şevardnadzeyə qarşı çıxanlar və bunlar bu gün də davam edir. İndi ölkənin birləşməsinə, həmrəyliyə və birliyə ehtiyacı var! Bitməyən lənətdən, təhqirdən, gürcü və Qafqaz əxlaqına qarşı laqeydlikdən “yorulduq”! Nifrət ölkəni parçalanmış, müdafiəsiz və zəif vəziyyətdə qoyur. Bu zaman isə ölkənin problemlərlə mübarizə aparmaq üçün milli enerjiyə ehtiyacı var”,
– Salome Zurabişvili bildirib.

Gürcüstan Prezidentinin çıxışı başa çatdıqdan sonra Parlamentin ilk iclasını köhnə üzvlərdən olan Vladimer Kaxidze davam etdirib. Kaxidzenin sözlərinə görə, ilk iclasda seçilmiş 88 deputat iştirak edib.

İlk iclasla yanaşı seçkilərdə baryeri aşmış müxalifət partiya üzvləri şagird gənclər bağında toplaşıblar və Parlament mandatını tərk etməklə bağlı bəyanata imza atıblar. “Qirçi”, “Vətəndaşlar” və “Respublikaçılar” partiyasının üzvləri bəyanata imza atmayıb.

“Gürcü Arzusu” ilə razılığa gəlməliyik, hansı tələblə getmişiksə, ona nail olmalıyıq, cəsarətimiz olmalıdır və həmin Parlamentə girməliyik. 60 müxalifətçi olacağıq, zarafat edirsiniz? Bundan 90 nəfəri “Gürcü Arzusu”-ndan və ondan 60 nəfəri parçalanmış müxalifətçi. Sonra isə özünidarə seçkilərinə gedək. Növbədənkənar seçkilər olacaq, ya yox, yeni qaydalarla məğlub edək”, – Aleko Elisaşvili bildirib.

“Qirçi”-nin lideri Zurab Caparidzenin sözlərinə görə, onlar mandatların nümayişkəranə şəkildə tərk edilməsindən imtina eiblər, ancaq partiya nümayəndələri seçki siyahılarını yenə də açacaqlar və mandatları tərk edəcəklər.

“Respublikaçılar” partiyasının lideri Xatuna Samnidzenin sözlərinə görə, o, və həmkarı Parlamentə getməyəcəklər, ancaq mandatlardan imtina etmək danışıqların başa çatmasından asılıdır.

Nino Burcanadze şagird gənclik bağında mandatlardan imtina etmə mərasimində çıxışı zamanı bildirib ki, memorandum üç hissədən ibarətdir.

“Sənəd ilk olaraq Parlamentə De-Fakto girmiş deputatlar tərəfindən imzalanınb, yəni onlar imza atıb ki, deputat mandatından imtina edirlər. İkinci isə Parlamentə De-Fakto girmiş partiyaların rəhbər şəxslərinin siyahıların ləğvi ilə bağlı imzasıdır. Üçüncü formal şəkildə baryeri aşmış bütün müxalifət spektirinin, eləcə də formal şəkildə baryeri aşmış partiyaların bir-birini dəstəkləməsi, həmrəylik elan etməsi və növbədənkənar Parlament seçkilərinin tələb edilməsi ilə bağlı imzasıdır”, – Nino Burcanadze bildirib.

Müxalifət öz seçki siyahılarının ləğv olunması ilə bağlı MSK-ya artıq müraciət edib. Müxalifətin müraciətini müzakirə etmək üçün MSK-nın üç gün vaxtı var.


Print Email
FaceBook Twitter Google