Marneulidə yeni il üçün Şam ağacı (yolka) quraşdırılır
Marneulidə meriya ərazisində yeni il şam ağacı qurulur. Yerli özünüidarədən bildirdilər ki, şəhərin əsas şam ağacı ötən ilin ağacına oxşar olacaq.

ასე გამოიყურებოდა გასულ წელს მარნეულის ნაძვის ხე

İşıqlara pul xərclənməyəcək, belə ki, Marneulini ötən il istifadə olunan işıqlarla bəzəyəcəklər. Meriya epidemioloji vəziyyətə görə yeni il tədbirləri üçün də tender elan etməyəcək.

Qeyd edək ki, yerli özünüidarə 2020-ci ilin qarşılanması üçün 300 000 lariyə qədər pul xərcləmişdi.

Ötən il yeni il bəzəklərinin alınması, quraşdırılması, montaj xidmətləri üçün 247 000 lari dəyərində tender elan edilmişdi. Yeni il tədbirlərinin təşkil edilməsi üçün isə 49 150 lari xərclənmişdi.

Print Email
FaceBook Twitter Google