Çoxuşaqlı ana təbii qazın güzəştli şərtlərlə çəkilməsini tələb edir (VİDEO)
48 yaşlı Rahilə İsmayılova illərdir ki, üç övladı ilə birlikdə Marneuli rayonunun Şulaveri kəndində kirayə tutduğu bir otaqlı mənzildə yaşayır. Ailə sosial yardımla dolanır, onların əlavə gəliri yoxdur. İsmayılova bir müddət öncə kirayə qaldığı evə kreditlə qaz xətti çəkdirib. Amma ailə bu günə qədər qazdan istifadə edə bilməyib.



Rahilə İsmayılovanın sözlərinə görə, qışda evini isitmək üçün aldığı sosial yardımdan qənaət edərək odun alıb. Aldığı odun isə ailəsinə kifayət etmir.



Mavi yanacaqdan istifadə etmək üçün dəfələrlə qaz idarəsinə getdiyini deyən Rahilə İsmayılovanın sözlərinə görə, ona kömək edən yoxdur. Bununla bağlı meriyaya da müraciət edib. Meriyadan isə İsmayılovaya bildiriblər ki, qaz xəttinin açdırmaq onların səlahiyyətinə daxil deyil.


Print Email
FaceBook Twitter Google