Marneulidə 15 dekabr tarixində elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 15 dekabr tarixində saat 12:00-dan 15:00-a kimi Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsi dayandırılacaq.

Marneuli rayonun Qaçağan, Ağməmmədli, Təkəli, Kirəş Muğanlı, Xancığazlı və ətraf kəndlərində elektrik enerjisinin verilməsi dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google