Yeni Düşüncə İnstitutu “Qadına qarşı zorakılığa yox” adlı kampaniyaya qoşulub – Video
Yeni Düşüncə İnstitutu “Qadına qarşı zorakılığa yox” adlı 16 günlük beynəlxalq kampaniyaya qoşulub.

Kampaniya çərçivəsində NTİ-ın tələbələri 5 il ərzində Yeni Düşüncə İnstitutu tərəfindən qadınlarla bağlı gördükləri işlər və həyata keçirdikləri layihələrlə bağlı videomaterial hazırlayaraq, məlumatlar veriblər.

NTİ-ın təsisçilərindən Kamran Əfəndiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, videonun hazırlanma ideyası NTİ-ın təsisçilərindən Ariz Daşdəmirova məxsusdur. O, bu video sayəsində cəmiyyətə qadınların güclü olduğunu çatdırmağa çalışdıqlarını bildirdi.

“Formatımız belədir ki, Yeni Düşüncə İnstitutunda 5 il ərzində qadınlarla bağlı fəaliyyətləri, layihələri cəmiyyətə çatdıraq ki, onlara stimul olsun. Qadının bacarmayacağı heç bir şey yoxdur və biz bunu çatdırmağa çalışdıq. Biz qadınlara imkan verdiyimiz təqdirdə qadınlar hər şeyi etməyə qadirdirlər. Biz problemin həll yolunu göstəririk və özümüz də həll etməyə çalışırıq”, – Kamran Əfəndiyev dedi.


Məlumat üçün qeyd edək ki, Yeni Düşüncə İnstitutu 5 il ərzində “Kiçik sahibkarlıq” (gözəllik salonu, lavaşxana, istixana, otlaq ərazilərinin suvarılması və s.), “Universitetə hazırlıq”, “Analar məktəbi” (gürcü, ingilis dili və kompüter dərsləri) və bu kimi bir sıra layihələr hazırlayıb və kəndlərdə yaşayan qadınların işlə təmin olunmasına imkanlar yaradıb.
Print Email
FaceBook Twitter Google