Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yeni il tədbirləri onlayn formatda keçiriləcək
Marneuli Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yeni il tədbirləri onlayn formatda keçiriləcək.
Mərkəzin rəhbəri Nato Şavişvilinin sözlərinə görə, məhdudiyyətlərə baxmayaraq istəyirlər ki, Marneuli sakinlərinə yeni il əhval-ruhiyyəsi bəxş etsinlər.

Yeni il proqramı olacaq. Yeni il nömrələri, təbriklər, tanış simalarla və azarkeşlərimizlə birgə qeyd edəcəyik.”

Mədəniyyət Mərkəzi 2021-ci ili qarşılamaq üçün onlayn tədbirlərə hazırlıqlara artıq başlayıb.

Yeni il əhval-ruhiyyəsi Marneuli küçələrində də hiss olunacaq. Meriyanın ərazisində şam ağacı qurulur. Marneuli meriyasının mətbuat xidmətindən bildirirlər ki, şəhərin əsas şam ağacı ötən ilin şam ağacına oxşar olacaq və güman ki, 20 dekabr tarixində işıqları yandırılacaq.
Foto: “Marneuli” radiosunun arxivindən

Qeyd edək ki, Yeni il işıqlarına pul xərclənməyəcək və Marneuli ötən il istifadə olunmuş işıqlar ilə bəzədiləcək. Meriya epidemioloji vəziyyətə görə yeni il tədbirləri üçün tender elan etməyəcək.

Yerli özünüidarə 2020-ci ili qarşılamaq üçün 300 000 lariyə qədər pul xərcləmişdi.

Print Email
FaceBook Twitter Google