Yeni zibil konteynerləri şəhərə yerləşdiriləcək
Marneuli meriyası təxminən iki aydır ki, 300 ədəd zibil konteyneri alıb, ancaq hələ də paylanmayıb.

“Təmiz Marneuli” MMC-nin rəhbəri Leri Mumladze bildirdi ki, güman ki, gələn həftədən zibil konteynerlərinin paylanılmasına başlanılacaq.

“Paylaya bilmədik, çünki təhvil-təslim ilə bağlı xırda məsələlər qalmışdı. Yəqin gələn həftə verəcəklər və paylaşmağa başlayacağıq. Şəhərdə bütün konteynerləri dəyişməliyik. Güman ki, şəhərə 160 ədəd konteyner qoyacağıq, qalanlarını isə kəndlər arasında böləcəyik”, – Leri Mumladze dedi.

Yerli özünü idarə qeyd olunan konteynerləri almaq üçün təxminən 300 000 lariyə qədər pul xərcləyib.



Print Email
FaceBook Twitter Google