Marneulidə unun qiyməti yenə artıb
Marneulidə un bahalanıb. Bir neçə kiçik sahibkar bildirdi ki, təxminən bir aydır qiymət demək olar hər gün artır.

Satıcılar bildirirlər ki, unun qiyməti orta hesabla 10-12 lari artıb. Əgər indiyə kimi 50 kq-lıq əla növ un 53 lari idisə, indi onun qiyməti 65 laridir. Onların sözlərinə görə, qiymətlərin bahalaşması alıcılara də təsir göstərib.




“Qiymət mərhələli şəkildə artdı. Gah bir lari, gah iki lari artırdı. Subsidiya yalnız çörəkxanalar üçündür. (Böyük müəssisələr) iki tondan artıq çörək bişirilən yerlər yenə 53 lariyə, vətəndaşlar isə 65 lariyə alırlar. 64 lariyə almışam, 65 lariyə də satıram. Gündə 20-25 kisə ancaq satılır. Əvvəl bir adam 5 kisə alırdı. Bu gün isə birini güclə alır”, – kiçik sahibkar Nəsimi Bəxtiyarov dedi.

Rəsmi müsahibə verməkdən çəkinən daha bir kiçik sahibkar şəxsi söhbət zamanı bildirdi ki, çörək ununun qiyməti iki həftəyə təxminən 5 lari artıb.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, ötən illə müqayisədə Gürcüstanda çörək və un məhsulları 7,8 faiz bahalaşıb.

Print Email
FaceBook Twitter Google