Marneulidə 17 dekabr tarixində elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 17 dekabr tarixində saat 11:00-dan 17:00-a kimi Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsi dayandırılacaq.

Marneuli rayonun Böyük Muğanlı, Dəmiyə, Şulaveri, Lejbəddin, Yuxarı Saral, Kirovka, Dəmyə Görarxı, Axlı-Lələ və ətraf kəndlərində elektrik enerjisinin verilməsi dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google