Meriya itlərin sığınacaq xidməti üçün 21 186 lari dəyərində tendet elan edib

Marneuli meriyası ərazisində diqqətdən kənar qalmış itlərin sığınacağa yerləşdirilməsi (ehtiyac olan halda eftanaziya və heyvanların basdırılması) xidməti üçün tender elan edib.



Tenderin dəyəri 21 186 laridir. Tenderdə iştirak etmək istəyənlər 21 dekabrdan 23 dekabra qədər təkliflərini təqdim edə bilər. Qalib şirkət işləri bir il ərzində, mərhələli şəkildə, bələdiyyənin tələbi əsasında yerinə yetirməli olacaq.

Son bir neçə ildir ki, Marneuli meriyası itlərin sığınacağı ilə bağlı tender elan edir və tenderdə illərdir ki, “Vektra” MMC qalib gəlir. Şirkət yerli özünüidarəyə 2020-ci ildə tenderdə 21 000 lari təklif edib.

Hər il tenderlərə baxmayaraq bələdiyyədə bu gün də sahibsiz itlər problemi ciddi şəkildə qalmaqdadır. İtlərin əksəriyyətində müəyyən qədər təhlükəsizliyi göstərən sarı rəngli işarə də yoxdur.

“Marneuli” radiosu Marneulidə çoxalan sahibsiz itlər problemi ilə bağlı dəfələrlə süjet hazırlayıb. 2019-cu ildə itlər üçün regional sığınacağın tikilməsi planlaşdırılırdı və məkanlardan biri olaraq məhz Marneuli nəzərdə tutulmuşdu. Meriyadan “Marneuli” radiosuna bildirdilər ki, Regional sığınacaq layihəsi hələ həyata keçirilmə mərhələsində deyil. Əgər layihə 2020-ci il ərzində həyata keçirilərsə, bələdiyyə müvafiq tədbirlər görəcək.


2020-ci ilin 7 avqust tarixinə olan məlumatlara əsasən, Marneuli bələdiyyəsinin tibbi müəssisələrində 7 ay ərzində 648 quduzluq əleyhinə vaksin vurulub. Onlardan əksəriyyəti it dişləməsi faktı ilə bağlıdır.

 


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər