"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik
şəbəkəsinin planlı bərpa işlərinə görə, 18 dekabr tarixində saat
11:00-dan 16:00-a kimi Marneuli bələdiyyəsində elektrik enerjisinin
verilməsi dayandırılacaq.
Marneuli rayonun Kürtlər, Lejbəddin, Birinci Kosalı, İkinci
Kosalı, Keşəli, Kəpənəkçi, Qırmızı Körpü, Xancığazlı və ətraf
kəndlərində elektrik enerjisinin verilməsi
dayandırılacaq.
Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi
bərpa olunacaq və həmişəki rejimdə veriləcək.
Mənbə: tv4.ge