Marneulidə 18 dekabr tarixində elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 18 dekabr tarixində saat 11:00-dan 16:00-a kimi Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsi dayandırılacaq.

Marneuli rayonun Kürtlər, Lejbəddin, Birinci Kosalı, İkinci Kosalı, Keşəli, Kəpənəkçi, Qırmızı Körpü, Xancığazlı və ətraf kəndlərində elektrik enerjisinin verilməsi dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print