Pandemiya zamanı başladılmış xeyriyyəçilik
Mariana Qvritişvili və Lela Xarşiladze bir neçə aydır ki, Marneulidə sosial fəallıq həyata keçirir. Onlarda yardım etmək ideyası pandemiya dövründə yaranıb. İlk əvvəl Mariana Saimerlo gəncləri ilə birgə əhaliyə yardım etməyə başlayıb, sonradan isə “Facebook”-da sosial məsuliyyət klubu yaradıb.

Ondan sonra isə xeyirxah adamların istəyi ilə onlarla adama kömək ediblər.



“Biz başdan 45 ailə götürmüşdük və onlara qida məhsulları ilə birdəfəlik köməklik edəcəkdik. Elə oldu ki, həmin pullar hamıya kömək etmək üçün kifayət etmədi. Mən təşəbbüsümüzü ictimailəşdirdim və sosial şəbəkədə də yazdım ki, pulumuz kifayət etmir. Mənəvi baxımdan bu ailələrə yardım edilməməsinə, pula görə onları tərk etməyimizə hazır deyildim. Xoş hadisə ilə qarşılaşdım və tamamilə yad adamlar pul köçürdülər. Onların Marneuli ilə heç bir əlaqəsi yox idi. Elə oldu ki, 45 deyil, 56 adama kömək etdik. Təhsil haqqını ödəyə bilməyən tələbə var idi, qrup ona da pul topladı. Onkoloji xəstə var idi, yaşlı qadın idi, ona kömək etdik, dərmanlarını aldı. Həmin dövrdə Sosial Xidmət Agentliyi bu dərmanları maliyyələşdirmirdi”, - Marina Qvritişvili dedi.



Mariana və Lela qərar veriblər ki, Marneulinin müxtəlif supermarketlərində “dəstək guşəsi” yaratsınlar. İlk fəallığı Tamarisi kəndində həyata keçiriblər və ərzaq səbətini Terunaşvililər ailəsinin mağazasına qoyublar.

“Adamlar daxil olub ailəyə 4 çörək lazımdırsa, 5 dənə ala bilərlər və birini xüsusi olaraq ayrılmış guşəyə qoya bilərlər. Bu təşəbbüs o deməkdir ki, aztəminatlı, yaxud ehtiyacı olan, pandemiyaya görə çətinliyə düşən adam kim olarsa, gəlib pulsuz götürə bilər və ailə üzvlərinə apara bilər. İndi daha bir təşəbbüsümüz var. 17 dekabrdan 31 dekabra qədər həyata keçirəcəyik. Aztəminatlı, pandemiya dövründə işini itirmiş və qida almaq, yaxud vergiləri ödəmək imkanı olmayan adamlar ola bilər. Bu halda kimin istəyi olarsa, belə adamlara kömək edə bilər. Çox sayda adam pul köçürür, heç soruşmurlar da bu pulu düzgün istifadə edirəm, ya yox. Etimadsızlıq problemim heç vaxt olmayıb, bizə etibar edirlər və buna görə onlara minnətdaram.”

Mariana Qvritişvili və Lela Xarşiladzenin hesab nömrəsini təqdim edirik. İstəyiniz olan halda pul köçürə bilərsiniz:

Gürcüstan Bankı
#GE45BG0000000394867600/GEL
Hesab sahibi – Lela Xarşiladze
TBC Bank
#GE95TB7298336010100006/GEL
Hesab sahibi – Mariana Qvritişvili

"Marneuli" Radiosu
Print