Marneulinin 74 ictimai məktəbindən 71-ni direktor səlahiyyətlərini icra edən şəxs idarə edir
Marneuli bələdiyyəsində ictimai məktəb direktorlarının bir qisminin 6 illik vəzifədə olmaq müddəti başa çatıb.

Yerli Resurs Mərkəzdən bildirirlər ki, Təhsil Nazirliyi direktorların seçimi üçün müsabiqə elan edənə qədər məktəbləri direktor səlahiyyətini icra edənlər idarə edəcək. Onların sözlərinə görə, indiki mərhələdə bələdiyyədəki 74 məktəbdən 71-də direktor səlahiyyətini icra edən var. Bundan əlavə yanvar ayında daha üçünün vəzifə müddəti başa çatır.

Qeyd edək ki, iş təcrübəsi və müvafiq sertifikatı olan direktorlar imtahan verməli olmayacaq. Onlar məktəblərə yenidən öz namizədliklərini verə bilərlər. Direktorların seçilməsi məktəblərdəki qəyyumlar şurasına əsasən olur. İctimai məktəb direktorlarının seçim müsabiqəsi bir qayda olaraq 2020-ci ilim mart ayında keçirilməli idi.

Ancaq koronavirusa görə imtahan təxirə salındı. Yeni tarix isə hələ məlum deyil.




Print Email
FaceBook Twitter Google