2020-ci ildə fəxri Marneuli sakini adının verilib-verilməyəcəyi məlum deyil
Marneuli yerli özünüidarəsi vətəndaşlara fəxri Marneuli vətəndaşı adı verib-verməyəcəyi hələ məlum deyil.

İndiyə kimi fəxri Marneuli sakini adı yeddi nəfərə verilib. İndiyə kimi fəxri vətəndaş adının təqdim olunduğu ilk və yeganə mərasim 2019-cu il 31 dekabr tarixində, yeni il tədbirində keçirilib.

Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, 2020-ci ildə fəxri Marneuli vətəndaşı adının verilməsi barədə qərar koronavirusun qarşısının alınması ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərə görə qəbul edilməyib. 2020-ci ildə Marneulidə yeni il tədbirləri keçirilməyəcək və bələdiyyə əhalini 2021-ci ilin gəlməsi münasibəti ilə onlayn şəkildə təbrik edəcək.

Qeyd edək ki, Marneulinin fəxri vətəndaşı adının verilməsi ilə bağlı qərar 2019-cu ilin 11 dekabrında, Marneuli Bələdiyyə Məclisinin iclasında məlum olub. O zaman meriyadan bildirmişdilər ki, fəxri Marneuli vətəndaşı adının verilməsi ənənəyə çevriləcək, ancaq indiki mərhələdə vətəndaşların 2020-ci ildə fəxri Marneuli statusu alıb-almayacağı məlum deyil.

Tərlan Novruzova, Andro Coxadze, Şalva Çiğladze, Mahmud Əhmədov, Zaza Kamuşadze, Bilal Yadigarov və Qiorqi Qasparyan – bunlar meriyann fəxri Marneuli vətəndaşı adı verdiyi adamların siyahısıdır.

Yeddi fəxri vətəndaşı Marneuli meriyası və Bələdiyyə Məclisinin vəzifəli şəxslərindən ibarət olan komissiya müəyyən edib.

Print Email
FaceBook Twitter Google