2020-ci ildə meriyada heç bir mükafat, heç bir on üçüncü maaş, heç bir əlavə verilməyəcək - Zaur Tabatadze
Marneuli meriyası bu il əməkdaşlara pul mükafatı verməyəcək. Bu barədə məlumatı mer səlahiyyətlərini icra edən Zaur Tabatadze verdi və qeyd etdi ki, yalnız Marneuli İctimai Səhiyyə Mərkəzinə əlavə pul veriləcək.

“Heç bir mükafat, heç bir “on üçüncü maaş”, heç bir əlavə verilməyəcək. Pul mükafatı yalnız İctimai Səhiyyə Mərkəzinin əməkdaşlarına veriləcək.”

Zaur Tabatadzenin sözlərinə görə, İctimai Səhiyyə Mərkəzinin əməkdaşlarına əlavə olaraq maaşın 80%-i veriləcək.

2019-cu ildə Marneuli meriyası əməkdaşlara 726 952 lari dəyərində pul mükafatı vermişdi. Ötən il bizim əldə etdiyimiz ictimai məlumata görə, meriyada 188 nəfər əməkdaşa mükafat verilmişdi. Məlumatı “Marneuli” radiosu yayımlayıb.

Eləcə də Marneulinin qeyri-kommersiya hüquqi şəxsləri və MMC əməkdaşları da pul mükafatı almışdı.

Bələdiyyənin 754 nəfər qeyri-kommersiya hüquqi şəxsləri və MMC əməkdaşına ümumilikdə 507 502 lari dəyərində pul mükafatı verilib. Buradan Marneuli bələdiyyəsinin Mədəniyyət, Klub, Kitabxana və Muzey Birliyi qeyri-kommersiya hüquqi şəxsin 83 əməkdaşına ümumilikdə 37 519 lari verilib; Marneuli bələdiyyəsinin idman məktəbinin 72 əməkdaşına ümumilikdə 54 897 lari; Marneuli bələdiyyəsinin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin 18 əməkdaşına ümumilikdə 13 384 lari; Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyinin 314 əməkdaşına ümumilikdə 245 930 lari; Təmiz Marneulinin 125 əməkdaşıan ümumilikdə 106 157 lari; Marneuli Kənd Su MMC-nin 85 əməkdaşına ümumilikdə 20 455 lari; Marneulinin Üzvi Tullantıların Emalı Müəssisəsinin 4 əməkdaşına ümumilikdə 1010 lari və Marneuli bələdiyyəsi Avtoparkının 53 əməkdaşına ümumilikdə 28 150 lari verilib.

Print Email
FaceBook Twitter Google