Marneuli meriyası bu il əməkdaşlara pul mükafatı verməyəcək.
Bu barədə məlumatı mer səlahiyyətlərini icra edən Zaur Tabatadze
verdi və qeyd etdi ki, yalnız Marneuli İctimai Səhiyyə Mərkəzinə
əlavə pul veriləcək.
“Heç bir mükafat, heç bir “on üçüncü maaş”, heç bir
əlavə verilməyəcək. Pul mükafatı yalnız İctimai Səhiyyə Mərkəzinin
əməkdaşlarına veriləcək.”
Zaur Tabatadzenin sözlərinə görə, İctimai Səhiyyə Mərkəzinin
əməkdaşlarına əlavə olaraq maaşın 80%-i veriləcək.
Marneuli meriyası 2019-cu ildə əməkdaşlara 726 952 lari dəyərində
pul mükafatı vermişdi. Onlardan Marneuli bələdiyyəsinin
Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin 18 əməkdaşına
ümumilikdə 13 384 lari verilmişdi.