Marneuli meriyası bu il yalnız İctimai Səhiyyə Mərkəzinin əməkdaşlarına pul mükafatı verəcək
Marneuli meriyası bu il əməkdaşlara pul mükafatı verməyəcək.
Bu barədə məlumatı mer səlahiyyətlərini icra edən Zaur Tabatadze verdi və qeyd etdi ki, yalnız Marneuli İctimai Səhiyyə Mərkəzinə əlavə pul veriləcək.

“Heç bir mükafat, heç bir “on üçüncü maaş”, heç bir əlavə verilməyəcək. Pul mükafatı yalnız İctimai Səhiyyə Mərkəzinin əməkdaşlarına veriləcək.”

Zaur Tabatadzenin sözlərinə görə, İctimai Səhiyyə Mərkəzinin əməkdaşlarına əlavə olaraq maaşın 80%-i veriləcək.

Marneuli meriyası 2019-cu ildə əməkdaşlara 726 952 lari dəyərində pul mükafatı vermişdi. Onlardan Marneuli bələdiyyəsinin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin 18 əməkdaşına ümumilikdə 13 384 lari verilmişdi.

"Marneuli" Radiosu
Print