Marneuli uşaq bağçalarının əməkdaşlarına bu il əlavələr verilməyəcək

Marneuli bələdiyyəsi uşaq bağçalarının əməkdaşlarına əlavə maaş verilməyəcək.


Bu barədə məlumatı Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov verib. O, qeyd edib ki, bələdiyyə yaranmış epidmeioloji vəziyyətə görə əlavə maaşları verə bilməyəcəklər.

Təəssüf ki, əlavə maaş verilməsi planlaşdırılmır. Yəqin ki, bütün ili işləmirdik, həm də ona görə vermirlər”, — Zaur Kərəmov dedi.

Qeyd edək ki, uşaq bağçaları demək olar hər il maaş əlavəsi alırdı.

ötən il əlavə maaş olaraq 85% verdik, sentyabrda isə 100%-lik əlavəmiz oldu” – Zaur Kərəmov bildirdi.

Marneuli uşaq bağçaları ölkədə yaranmış epidemioloji vəziyyətə görə bir neçə dəfə fəaliyyətini dayandırdı. Bağçalar sonuncu dəfə 16 noyabr tarixində bağlanıb. Məktəbəqədər təhsil müəssisələri müəyyən müddətə bağlanıb.

"Marneuli" Radiosu

 

Print