Kürtlər sakini Niyaməddin Şərəyev “Gipa Media Lab” layihəsinin qalibi olub
Kürtlər kənd sakini 17 yaşlı Niyaməddin Şərəyev çəkdiyi “İşığı heç vaxt söndürmə” adlı filmi ilə “Gipa Media Lab” layihəsində qalibiyyət əldə edib.

O, “Marneuli” radiosu ilə söhbəti zamanı layihəyə sentyabr ayından qoşulduğunu bildirdi. Niyaməddin qalib olduğu filmin qarşılığında smartfon və “İlin Fəal Tələbəsi” sertifikatına layiq görülüb.

O, hazırladığı videoda Kürtlər kəndində tənha yaşayan, 27 il ərzində heç bir köməyi olmadan öz ayaqları üzərində durmağı bacaran qadını lentə alıb. Şərəyev deyir ki, qadın illər ərzində öz həyat yoldaşına verdiyi sözün üzərində durmağı bacarıb və bu onun marağını çəkdiyinə görə, həmin qadının hekayəsini lentə almaq qərarına gəlib.

Niyaməddin qələbə xəbərinin ona böyük bir sevinc bəxş etdiyini deyir.

“Qalib olduğumu ilk dəfə eşidəndə, sanki bütün dünyalar mənim olmuşdu. Hər şeydən də vacib olan odur ki, hər şey üçün əziyyət çəkirsən və əziyyətinin hədər olmadığını görürsən. Bu çox yaxşıdır.”


O, “Gipa Media Lab” layihəsi ilə dostlarının vasitəsi ilə tanış olduğunu bildirdi.

Məlumat üçün qeyd edək ki, 20 dekabr tarixində “Gipa Media Lab” layihəsinin “Doc U” film festivalının onlayn təqdimatı baş tutub.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər