“Marneulinin sahibsiz itləri üçün santa olun” – “Facebookda” sosial kampaniya
Marneuli bələdiyyəsinin Xixani sakini heyvan müdafiəçisi Nana Qabaidze sahibsiz itlər üçün sosial kampaniyaya başlayıb.

Onun paylaşdığı Facebook paylaşımında deyilir ki, insanlar itlərə müxtəlif formada yardım göstərə bilərlər.

“Əziz Marneuli sakinləri,
Marneulinin sahibsiz itləri üçün Santa olun!
26-27 dekabr saat 13:00-dan 18:00-a qədər TBC və “Liberty Bank”ərazisində, parkda aksiya keçiriləcək. İstəyi olanlar iştirak edə bilər və kim nə bacarsa gətirsin (dərman, qida, köhnə adyallar)”,
– Facebook paylaşımında qeyd olunub.


İstəyiniz olan halda qeyd olunan hesab nömrələrinə pul da köçürə bilərsiniz:
GE31TB7901145064300017
Əlaqə nömrəsi
551097339-Nana.

Print Email
FaceBook Twitter Google