Marneuli bələdiyyəsinin Xixani sakini heyvan müdafiəçisi Nana
Qabaidze sahibsiz itlər üçün sosial kampaniyaya başlayıb.
Onun paylaşdığı Facebook paylaşımında deyilir ki, insanlar itlərə
müxtəlif formada yardım göstərə bilərlər.
“Əziz Marneuli
sakinləri,
Marneulinin sahibsiz itləri üçün Santa olun!
26-27 dekabr saat 13:00-dan 18:00-a qədər TBC və “Liberty
Bank”ərazisində, parkda aksiya keçiriləcək. İstəyi olanlar iştirak
edə bilər və kim nə bacarsa gətirsin (dərman, qida, köhnə
adyallar)”, – Facebook paylaşımında qeyd olunub.
İstəyiniz olan halda qeyd olunan hesab nömrələrinə pul da köçürə
bilərsiniz:
GE31TB7901145064300017
Əlaqə nömrəsi
551097339-Nana.