Marneulidə gənc kişi qaz sızmasından vəfat edib
28 dekabr tarixində Marneulidə Rustaveli küçəsində yerləşən korpuslardan birində 37 yaşlı kişi dünyasını dəyişib.

"Mtavari" kanalının məlumatına görə, onun təbii qaz sızmasından öldüyü güman olunur.

Kanalın məlumatına görə, hadisə zamanı mənzildə iki şəxs olub. Qaz sızması isə onlardan birinin həyatına son qoyub.

DİN-dən "Marneuli" radiosuna bildirdilər ki, baş vermiş faktla bağlı Cinayət Məcəlləsinin 240 prima maddəsi ilə istintaq aparılır. Həmin maddə elektrik, yaxud istilik enerjisi, qaz, neft, yaxud neft məhsulları obyektinin layihələşdirilməsi, tikintisi, yaxud istismarı zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google